APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin 2012-ci ildə dünya ölkələri üzrə insan haqlarının vəziyyətinə dair hesabatının Azərbaycanla bağlı hissəsində bildirilir.
Hesabatda qeyd olunur ki, Dağlıq Qarabağın yekun statusu Rusiya, Fransa və ABŞ-ın rəhbərliyi ilə ATƏT-in Minsk qrupunun beynəlxalq vasitəçiliyinin predmeti olaraq qalır.