Bank Of Baku

Samuxda kanalda batan 24 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

Samuxda kanalda batan 24 yaşlı oğlanın meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 04 iyun 2018 17:44 (UTC +04:00)

Samux rayonunun Qarabağlar kəndi ərazisində su kanalında batan 1994-cü il təvəllüdlü Allahverdiyev Ceyhun Zaməddin oğlunun meyiti tapılıb.

 

APA-nın qərb bürosunun məlumatına görə, meyit Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb.

 

***

 

18:31

 

Samux rayonunun Qarabağlar kəndi ərazisində su kanalında 1994-cü il təvəllüdlü Allahverdiyev Ceyhun Zaməddin oğlunun batdığı ehtimal olunur.

 

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR