Rumıniya I Avropa Oyunlarına 147 idmançı ilə gəlir

Rumıniya I Avropa Oyunlarına 147 idmançı ilə gəlir
# 05 iyun 2015 08:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Rumıniya Bakıda keçiriləcək I Avropa Oyunlarında 147 idmançı ilə təmsil olunacaq. APA-nın “agerpres.ro” saytına istinadən məlumatına görə, Rumıniya Olimpiya və İdman Komitəsinin İcraiyyə Komitəsi ötən gün milli komandanın tərkibini təsdiq edib.

Bunlardan 83-ü kişi və 64-ü qadındı. Onlar 22 növdə mübarizə aparacaqlar. Rumıniya nümayəndə heyətinin rəhbəri Aleksandru Epuran olacaq. Florin Gurbanesku isə onun müavini vəzifəsini icra edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR