“Financial Times”: Qərb Bağdad görüşündə İrana qarşı bəzi sanksiyaların ləğvinə hazırlaşır

“Financial Times”: Qərb Bağdad görüşündə İrana qarşı bəzi sanksiyaların ləğvinə hazırlaşır
# 19 aprel 2012 14:33 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranla “altılıq” ölkələri arasında keçiriləcək Bağdad görüşündə Tehrana qarşı bəzi sanksiyalar ləğv edilə bilər. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Böyük Britaniyanın “Financial Times” qəzeti yazıb. Xəbərdə bildirilib ki, Qərb Tehrana qarşı bəzi sanksiyaların ləğvinə hazırlaşır: “Bağdad görüşündə Qərb İranın necə addım atacağını gözləyir ki, ona uyğun qarşılıq versin. Əgər İran uranın zənginləşdirməsini dayandırmazsa, ABŞ, Böyük Britaniya və Fransa Tehrana qarşı sanksiyaları ləğv etməyəcəklər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR