İtaliyada baş verən zəlzələdə ölənlərin sayı 13-ə çatıb

İtaliyada baş verən zəlzələdə ölənlərin sayı 13-ə çatıb
# 29 may 2012 15:39 (UTC +04:00)
Bakı – APA. İtaliyanın şimalında baş verən dağıdıcı zəlzələdə ölənlərin sayı 13-ə çatıb. APA-nın xəbərinə görə, bu barədə İtaliyanın mülki müdafiə qurumundan açıqlama verilib.

Qeyd edək ki, 5,8 bal gücündə zəlzələ yerli vaxtla saat 09-da Modena əyalətinin Emiliya-Romanya vilayətində yerin 10 kilometr altında baş verib. Saat 13-də 5,3 bal gücündə afterşok qeydə alınıb. Modena əyalətində bir çox bina və tikili dağılıb, yüzlərlə adam təxliyyə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR