Azərbaycanın Xızı rayonunda xeyli sayda hərbi sursat tapılıb

Azərbaycanın Xızı rayonunda xeyli sayda hərbi sursat tapılıb
# 17 aprel 2012 14:14 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Xızı rayonunda xeyli sayda hərbi sursat tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, aprelin 13-də Xızı rayonunda təlim meydançasının yaxınlığında hərbi sursat aşkarlanması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və mütəxəssisləri tərəfindən əraziyə təkrar baxış keçirilib. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Nazirliyin mütəxəssisləri tərəfindən qeyd olunan tarixdə hərbi sursatların aşkarlandığı 2 hektar ərazinin, təxminən, 790 kv.m sahəsinə keçirilmiş baxış nəticəsində istifadəyə yararlı olan 1 ədəd 125 millimetr kalibrli, 2 ədəd 122 millimetr kalibrli, 1 ədəd 100 millimetr kalibrli top mərmiləri, 2 ədəd “M12” markalı mərminin, 1 ədəd “M5” markalı mərminin döyüş başlıqları və partlayıcı təhlükəli əşyanın hissələri aşkarlanıb. Aşkarlanmış hərbi sursatların partladılaraq zərərsizləşdirilməsi üçün bir yerə yığılması və təhlükəsizliyi təmin edilib. Qeyd olunan əraziyə mütəxəssislər tərəfindən təkrar baxış keçirilməsi və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR