Azərbaycan Mərkəzi Bankının sədri Avropa Yenidənqurma və İnkişaf Bankının icraçı direktorunu qəbul edib

Azərbaycan Mərkəzi Bankının sədri Avropa Yenidənqurma və İnkişaf Bankının icraçı direktorunu qəbul edib
# 01 mart 2012 15:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə institutları üzrə icraçı direktoru Nik Tesseymanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə AYİB-in Azərbaycanda hazırkı fəaliyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Mərkəzi Bankla AYİB arasında əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini vurğulayan E.Rüstəmov bildirib ki, hazırda AYİB-in Azərbaycan bank sistemi ilə əməkdaşlığı çərçivəsində bir sıra layihələr uğurla həyata keçirilib.

Öz növbəsində AYİB-in maliyyə institutları üzrə icraçı direktoru N.Tesseyman təmsil etdiyi qurumun Azərbaycanla, xüsusilə Mərkəzi Bankla əməkdaşlıqdan məmnun olduğunu bildirib. O, AMB-nin qlobal maliyyə böhranı şəraitində bank sektoruna yaxından dəstək olduğunu vurğulayaraq görülən antiböhran tədbirlərinin və post-krizis hədəflərinin realizasiyası bank sektorunun sabitliyinə və dayanıqlığına imkan verdiyini bildirib.

Görüşdə həmçinin AMB ilə AYİB arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR