Tədqiqat: Salonunda ən çox toksik materiallardan istifadə olunan avtomobillərin siyahısı müəyyənləşib

Tədqiqat: Salonunda ən çox toksik materiallardan istifadə olunan avtomobillərin siyahısı müəyyənləşib
# 22 fevral 2012 07:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ-ın «Ecology Center» tədqiqat fondu avtomobillərin istehsalı zamanı salonda istifadə olunan materialların toksikliyi ilə bağlı hesabatını dərc edib.

«APA-Economics»in məlumatına görə, avtomobillərin salonundakı materialları tədqiq edərək, fondun mütəxəssisləri əsasən toksik materialların xərçəng və insan embrionunun inkişafının pozulmasına gətirib çıxarması amillərinə diqqət yetirib.

Tədqiqatın nəticələrinə əsasən, insan sağlamlığı üçün ən təhlükəsiz avtomobil modeli «Honda Civic» hesab edilib. Bu avtomobilin salonunda daxilində brom olan maddələr və ağır metallar aşkarlanmayıb. Ümumiyyətlə, plastik maddələrə brom onun yanmasının azaldılması üçün əlavə edirlir.

Bundan başqa, insan sağlamlığı üçün ən təhlükəsizlik avtomobillərin ilk onluğuna «Toyota Prius», «Toyota Venza», «Honda CR-Z», «Nissan Cube», «Acura RDX», «Acura ZDX», «Audi S5», «Smart Coupe» və «Smart Passion» avtomobil modelləri daxil olub. Salonunda daha çox toksik maddələr olan avtomaşınların siyahısında isə «Mitsubishi Outlander Sport», «Chrysler 200 SC», «Kia Soul», «Nissan Versa», «Mazda CX-7», «Hyundai Accent», «Chevrolet Aveo», «Kia Sportage», «Volkswagen EOS» və «Mini Cooper S.Clubman» avtomobil modelləri yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR