«A-Qroup» sığorta şirkəti ipoteka polislərinin on-line sifariş və ödənilməsi imkanı yaradıb

«A-Qroup» sığorta şirkəti ipoteka polislərinin on-line sifariş və ödənilməsi imkanı yaradıb
# 16 fevral 2012 10:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkəti rəsmi veb-saytında (www.a-group.az) ipoteka polislərinin on-line sifariş və ödənilməsi imkanı yaradıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bunun üçün anketi doldurmaq və tələb olunan məlumatı daxil etmək lazımdır. Müştəri hazırda ipoteka sığortası şəhadətnaməsini evinə və yaxud iş yerinə çatdırılmasını sifariş etməklə yanaşı, həmçinin dərhal ödənişi on-line həyata keçirə bilər.

Bunun üçün istənilən «VISA», «MasterCard» və «Maestro» plastik kartlarından istifadə etmək olar. Qeyd edək ki, on-line ödəmə menyusundan həmçinin səyahət, nəqliyyat, əmlak və digər sığorta növləri üzrə on-line ödənişlər həyata keçirmək olar.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR