Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dair danışıqların növbəti raundunun keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dair danışıqların növbəti raundunun keçiriləcəyi tarix açıqlanıb
# 09 fevral 2012 07:52 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib. Onun sözlərinə görə, görüş çərçivəsində fevralın 23-də kənd təsərrüfatı sahəsində subsidiyalarla bağlı çoxtərəfli danışıqlar aparılacaq. Bundan başqa ABŞ, Avropa Birliyi, Ekvador və Kanada Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı ikitərəfli danışıqlara başlamağa razılıq verib. Mahmud Məmmədquliyev Norveç və Yaponiyanın da ikitərəfli danışıqlarda iştirak edəcəyini istisna etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR