Azərbaycanda «ABS» əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək

Azərbaycanda «ABS» əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək
# 28 fevral 2012 14:30 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) bildirilib.

SMPDK-nın təsdiq etdiyi «Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası» AZS 635-2012 dövlət standartının tələblərinə əsasən bu ilin may ayının 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) «ABS» əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır.

Komitədən bildirilib ki, bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR