İyunun 4-də baş verən yol qəzalarında 4 nəfər ölüb

İyunun 4-də baş verən yol qəzalarında 4 nəfər ölüb
# 05 iyun 2012 07:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda bir gündə 4 nəfər yol qəzasında ölüb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 4-də ölkənin avtomobil yollarında 19 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb. Ölümlə nəticələnən yol qəzaları Bakının Nizami, Xəzər, Qaradağ rayonlarında və Şəmkir rayonunda qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR