Mətbuat Şurasında “Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu” forumunun iştirakçıları ilə görüş keçirilib - FOTO

Mətbuat Şurasında “Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu” forumunun iştirakçıları ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 29 avqust 2012 15:43 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurasında (MŞ) TÜRKSOY, İSESCO və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu” mövzusunda beynəlxalq seminarın xarici ölkələrdən gəlmiş iştirakçıları ilə görüş keçirilib. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədrinin müavini Umud Rəhimoğlu qonaqları salamlayaraq, belə görüşlərin vacibliyini vurğulayıb, mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın vacib rol oynadığını bildirib.

U.Rəhimoğlu MŞ-nin yaranması və fəaliyyəti ibarədə ətraflı məlumat verib. Təmsil etdiyi qurumun əsas missiyasının media ictimaiyyət, media hakimiyyət münasibətlərinin tənzimlənməsi olduğunu deyən U.Rəhimoğlu bu istiqamətdə görülən işlər barədə ətraflı söhbət açıb.

Daha sonra çıxış edən TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı tədbirin əhəmiyyətindən danışaraq onun Azərbaycanda keçirilməsinin heç də təsadüf olmadığını deyib. Gələn il TÜRKSOY-un 20 illik yubileyinin qeyd olunacağını vurğulayan E.Qafarlı qurumun bir çox beynəlxalq layihələrə imza atdığını nəzərə çatdırıb. O, əlavə edib ki, diqqətəlayiq uğurlarla dolu bu 20 il türkdilli xalqların mədəni həyatının canlanması baxımından qızıl illər kimi qiymətləndirilir. Milli mədəniyyətin və ənənəvi dəyərlərin əhəmiyyət qazandığı son dövrdə TÜRKSOY çoxtərəfli mədəni əməkdaşlıq istiqamətində mühüm işlər görüb.

Mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolunun əvəzedilməz olduğunu deyən E.Qafarlı bildirib ki, türk mədəniyyətini dünyaya təqdimatında jurnalistlərə üç ildir ki, “TÜRKSOY-un mətbuat mükafatı” təqdim olunur.

MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə çıxışında müasir mədəniyyətlərarası dialoqun təşviqində jurnalist peşəkarlığının rolunu təhlil edib.

Özbəkistanın “CA-News” agentliyinin Orta Asiya xəbər xidmətinin əməkdaşı Ümidə Maniyazova, “AKİ Press” Qırğızıstan informasiya agentliyinin redaktoru Yıldız Orospakova, Tacikistanın “Axşam” qəzetinin redaktoru Nəzərəli Pirnəzərov Azərbaycanda gördükləri inkişafdan məmnun qaldıqlarını ifadə ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR