Pirallahıda itkin düşmüş 3 balıqçıdan birinin cəsədi tapılıb

Pirallahıda itkin düşmüş 3 balıqçıdan birinin cəsədi tapılıb
# 23 fevral 2012 18:36 (UTC +04:00)
Bakı-APA. Bu il fevralın 21-də Pirallahı adası ətrafında dənizdə balıq ovuna çıxan 3 balıqçı itkin düşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, itkin düşən şəxslərin axtarışı aparılıb. Bu gün onlardan birinin cəsədi tapılaraq sudan çıxarıb.

Məlumata görə, daha iki balıqçının axtarışı istiqamətində isə zəruri tədbirlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR