Dow Jones indeksi 0,03%, S&P 500 0,1%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,03%, S&P 500 0,1%, Nasdaq 0,1% yüksəlib
# 30 avqust 2012 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 13 108 bəndədək, S&P 500 0,1% - 1 411 bəndədək, Nasdaq isə 0,1% - 3 081 bəndədək yüksəlib.
«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına makroiqtisadi göstəricilər təsir edib. Belə ki, Federal Ehtiyat Sisteminin hesabatına görə, son bir ay ərzində mülayim artım nümayiş etdirib. Ölkənin iqtisadi artımı ilin II rübündə I rübə nisbətən 1,7% artıb, yaşayış evlərinin təkrar bazarında iyul ayında əqdlərin sayı iyuna nisbətən 2,4% artıb.

Avropa fond bazarlarında avqustun 29-da FTSE 100 indeksi 0,6% - 5 744 bəndədək enib, Almaniya DAX-ı 0,1% - 7 011 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,5% - 3 414 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 660,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2537 (-0,2%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR