Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində əməkda1şlıq haqqında saziş imzalamağa hazırlaşır - FOTO

Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində əməkda1şlıq haqqında saziş imzalamağa hazırlaşır - <font color=red>FOTO</font>
# 19 aprel 2012 14:41 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Bakıda səfərdə olan İsrailin kənd təsərrüfatı naziri xanım Orit Noked bildirib.

Onun sözlərinə görə, İsrail suvarma, istixana və oranjereyaların yaradılması sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Öz növbəsində İsrail Azərbaycandan qoyun əti idxal etməkdə maraqlıdır.

Azərbaycana səfəri çərçivəsində həmkarı İsmət Abasovla məhsuldar görüş keçirdiyini deyən Orit Noked onu mayın 15-17-də İsraildə keçiriləcək sərgiyə dəvət etdiyini söyləyib: “Düşünürəm ki, bu sərgidə Azərbaycan nümayəndə heyətinin və iş adamlarının iştirakı çox faydalı olacaq. Səfər çərçivəsində əməkdaşlıq edə biləcəyimiz kənd təsərrüfatı sahələrini konkret müəyyənləşdirə bilərik. Eyni zamanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən iş adamları arasında əməkdaşlıq da inkişaf edər”.

Səfər çərçivəsində Azərbaycan və İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş imzalanması məsələsi də müzakirə olunub. Orit Noked sazişin İsmət Abasovun İsrailə səfəri çərçivəsində imzalanacağını istisna etməyib: “Əgər saziş o vaxta qədər hazır olsa, biz onu imzalaya bilərik. Əminəm ki, sazişin imzalanmasından sonra əməkdaşlığımızın inkişafı üçün daha çox iş görə bilərik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR