Emin Ağalarov Moskva və Sank-Peterburqda keçirilən konsert proqramlarında çıxış edib – FOTO

Emin Ağalarov Moskva və Sank-Peterburqda keçirilən konsert proqramlarında çıxış edib – <font color=red>FOTO </font>
# 15 fevral 2012 16:43 (UTC +04:00)
APA-nın müğənninin internet saytına istinadən yaydığı xəbərə görə, “Big Love Show” adlı tədbir çərçivəsində o, “Just For One Night” adlı hitini ifa edib. Tədbirdən sonra E. Ağalarov bir neçə məşhur musiqi kanalına və populyar internet nəşrlərə müsahibələr verib.

Qeyd edək ki, 14 fevral - Sevgililər Gününə həsr olunmuş “Big Love Show” tədbirində rus şou-biznesinin tanınmış ulduzları çıxış ediblər. MTV kanalı konserti canlı yayımlayıb.

E. Ağalarov Sankt-Peterburqdakı Buz İdman Sarayında keçirilən konsert proqramında da çıxış edib. Proqramda Rusiyanın tanınmış müğənniləri Dima Bilan, Timati, Anjelika Varum, Sergey Lazarev və başqaları da sevilən mahnılarını ifa ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR