İran “Fordo” yeraltı nüvə obyektində santrifuqaların sayını xeyli artırıb

İran “Fordo” yeraltı nüvə obyektində santrifuqaların sayını xeyli artırıb
# 24 avqust 2012 11:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran Qum şəhəri yaxınlığındakı “Fordo” yeraltı nüvə obyektində uranın zənginləşdirilməsi üçün istifadə edilən santrifuqaların sayını son günlərdə xeyli artırıb. APA-nın “Reuters” xəbər agentliyinə istinadən məlumatına görə, bu addım İranın nüvə silahı istehsal etmək istiqamətindəki səylərini artırdığına işarədir. Xəbərdə bildirilir ki, “Fordo” yeraltı nüvə obyektindəki santrifuqaların sayı yüzlərlədir. Ancaq yeni santrifuqaların hələlik fəaliyyətə başlamadığı qeyd olunur.
Qeyd edək ki, gələn həftə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramı ilə bağlı hesabat açıqlayacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR