Azərbaycan Turizm İnstitutunda “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” adlı I Beynəlxalq Elmi Konfrans keçiriləcək

Azərbaycan Turizm İnstitutunda “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” adlı I Beynəlxalq Elmi Konfrans keçiriləcək
# 08 noyabr 2012 10:40 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. 16-17 noyabr tarixlərində Azərbaycan Turizm İnstitutunda “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” adlı I Beynəlxalq Elmi Konfrans keçiriləcək. Turizm İnstitutundan APA-ya verilən məlumata görə, konfransın proqramına Rusiya, Türkiyə, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Tacikistan, Bolqarıstan, Almaniya kimi ölkələrin alim və tədqiqatçılarının məruzələri daxil edilib. 2 gün davam edəcək konfransda məruzələr 4 dildə (Azərbaycan, türk, rus və ingilis) ediləcək. Konfrans mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbrik nitqi ilə öz işinə başlayacaq. Konfransa ölkəmizin tanınmış elm adamları, millət vəkilləri, turizm sənayeçiləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri dəvətlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR