Ekspert: Azərbaycanda elektron ticarət dövriyyəsi aşağı səviyyədədir

Ekspert: Azərbaycanda elektron ticarət dövriyyəsi aşağı səviyyədədir
# 02 noyabr 2012 12:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda elektron qaydada aparılan alqı-satqı əməliyyatlarının həcmi çox aşağı səviyyədədir. «APA-Economics»in məlumatına görə, bu fikri Azərbaycan İnternet Forumunun üzvü İlqar Mirzə bildirib.

Onun sözlərinə görə, elektron ticarətin həcminin aşağı olmasının əsas səbəblərindən biri müvafiq qanunvericilik bazasının olmamasıdır. Bundan başqa, İ.Mirzə ölkə əhalisinin elektron formatda alış-veriş mədəniyyətinin olmamasını da səbəblərdən biri kimi qeyd edib: «Elektron qaydada vergi, kommunal və bu kimi ödənişləri nəzərə almasaq, görmək olar ki, ölkədə elektron ticarətin həcmi çox aşağı səviyyədədir».

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ərazisində 32 hüquqi və fiziki şəxs elektron ticarət fəaliyyəti göstərib. Hesabat dövründə elektron ticarət dövriyyəsinin həcmi 1,031 mln. manat təşkil edib, elektron ticarət üzrə istehlak mallarının satışının 80,9%-i hüquqi şəxslərin, 19,1%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin ticarət müəssisələrində həyata keçirilib. Elektron ticarət dövriyyəsinin 94,3%-ni qeyri-ərzaq mallarının satışı təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR