Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib

Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib
# 12 oktyabr 2012 14:09 (UTC +04:00)
Bakı – APA. 2012/2013-cü il Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. Apasport.az saytının xəbərinə görə, yarışda iştirak edəcək 21 komandanın rəqibləri məlum olub.

Premyer Liqanın 12, I divizionun 9 təmsilçisinin mübarizə aparacağı yarışın 1/16 final mərhələsində 10 komanda qüvvəsini sınayacaq. Oktyabrın 24-də baş tutacaq bu qarşılaşmalarda aşağı dəstə təmsilçiləri ilə yanaşı, “Kəpəz” də çıxış edəcək.

Bu mərhələnin 5 qalibi və digər Premyer Liqa təmsilçiləri isə 1/8 finalda üz-üzə gələcək. Artıq ilk 2 mərhələnin cütlərinin adına aydınlıq gəlib. 1/8 finalın qarşılaşmaları noyabrın 28-də baş tutacaq.

Əsasnaməyə görə, Azərbaycan kubokunun 1/4 finalınadək komandalar qalibi bir oyunda müəyyənləşdirəcək. 1/4 final mərhələsindən başlayaraq, cütün qalibi ev və səfər oyunlarında alınmış nəticələrə görə müəyyən ediləcək.

1/16 final
24 oktyabr


"Tərəqqi" - "Ağsu"
"Bakılı" - MOİK
"Qaradağ Lökbatan" - "Lokomotiv"
"Qala" - "Kəpəz"
"Şuşa" - "Neftçala"

1/8 final
28 noyabr


AZAL - "Simurq"
"Neftçi" - "Tərəqqi" - "Ağsu" cütünün qalibi
"Qəbələ" - "Qaradağ Lökbatan" - "Lokomotiv" cütünün qalibi
"Qarabağ" - "Qala" - "Kəpəz" cütünün qalibi
"Sumqayıt" - "Bakı"
"İnter" - "Bakılı" - MOİK cütünün qalibi
"Rəvan" - "Şuşa" - "Neftçala" cütünün qalibi
"Turan" - "Xəzər Lənkəran"
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR