Taner Yıldız: “Türkiyə İrandan neft idxalını əvvəlki kimi davam etdirir”

Taner Yıldız: “Türkiyə İrandan neft idxalını əvvəlki kimi davam etdirir”
# 16 iyul 2012 07:14 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Türkiyə İrandan neft idxalını əvvəlki kimi davam etdirir”. APA-nın İRİB-ə istinadən yaydığı xəbərə görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib. O bildirib ki, Ankara-Tehran əlaqələri Avropa ölkələri və İran arasındakı münasibətlərdən tamamilə fərqlidir: “Türkiyə ehtiyacına əsasən İrandan xam neft idxalını davam etdirir. Bu da “Tüpraş” şirkəti vasitəsilə həyata keçirilir. Hazırda İrandan neft idxalında heç bir problem yoxdur. Tehrandan neft idxalı tamamilə qanunidir. Özü də İrandan nefti Türkiyənin milli valyutası - lirə ilə alırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR