Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 85-ci mövsümünü açıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 85-ci mövsümünü açıb
# 24 sentyabr 2012 13:40 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 85-ci teatr mövsümünə start verilib. APA-nın məlumatına görə, teatrın azyaşlı tamaşaçılarına müəllifləri gənc dramaturq Kamran Ağabalayev və rejissor Nicat Kazımov olan “Rəvayəti - Şahzadeyi - Xəzər” tamaşası nümayiş olunub. İki hissəli mistik dramın quruluşçu rejissoru, Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır, döyüş səhnələri və tryukların quruluşu isə İsa Əsədova məxsusdur.

Tamaşada rolları xalq artistləri Ağaxan Salmanlı, aktyorlar Nicat Kazımov, Manaf Dadaşov, Elnur Kərimov, Nigar Məmmədova, Səfa Mehdi, İlham Əsədov, Asya Atakişiyeva, Zülfiyyə Alhüseynova, Ceyhun Məmmədov, Emin Sevdiməliyev, Natiq Fərzəliyev, Elşən Hacıbabayev, Elşən Şıxəliyev, Elnur Hüseynov, Simuzər Ağakişiyeva, Eşqin Quliyev, Xalidə Əliməmmədova, Müşfiq Əliyev, Xəyal Salahov, Mirzə Ağa Mirzəyev, Rahib Axundov, Yusif Dadaşov, Elgün Yəhyayev, Anar Seyfullayev, Vahid Orucoğlu, Araz Pirimov, Cavanşir Məhərrəmov ifa ediblər.

Teatrda həmçinin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş etdirilib. Realist dramaturgiyamızın və nəsrimizin banisi Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, rəqslərin quruluşçusu Sənan Hüseynlidir. Tamaşada rolları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Elşən Rüstəmov, Şövqi Hüseynov, Rahib Əliyev, aktyorlar Kərəm Hadızadə, Asya Atakişiyeva, Elnur Hüseynov, Natiq Fərzəliyev, Roza İbadova, Məhərrəm Musayev, Ələsgər Qurbanəliyev, Xəyal Salahov, Bəxtiyar Kərimov, Rəzzaq Məmmədov, Hüsniyyə Əhmədova, Məsumə Babayeva, Mehdi Səfa, Anar Səfiyev, Ədalət Əbdülsəməd, Elvin Nəbiyev, Ceyhun Məmmədov, Günay Zeynallı, Araz Pirimov, Davud Musayev, Fidan Abbasova, Xana Əliyeva, Aytac Nəzərova, Mirsənan Kazımlı, Mirismayıl Kazımlı canlandırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR