“The Wall Street Journal”: İranla “altılıq” ölkələri arasında növbəti müzakirələr ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq

“The Wall Street Journal”: İranla “altılıq” ölkələri arasında növbəti müzakirələr ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq
# 25 oktyabr 2012 12:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında növbəti müzakirələr noyabrın 6-da ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq.

APA-nın məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.

Xəbərdə bildirilir ki, növbəti görüşdə gündəmin əsas mövzusu İrana qarşı sanksiyalar və Tehranın uranı zənginləşdirməsi olacaq: “İrana qarşı iqtisadi sanksiyaların ləğv edilməsinə qarşılıq Tehrandan uranın zənginləşdirməsini dayandırması müzakirə ediləcək. ABŞ-da keçiriləcək prezident seçkiləri ilə İranda gələn il nəzərdə tutulan prezident seçkiləri arasında Tehranla müzakirələr üçün yeni diplomatik pəncərə açılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR