Ermənistan müxalifəti 2008-ci ilin mart ayında baş vermiş hadisələrə həsr olunan mitinq keçirib

Ermənistan müxalifəti 2008-ci ilin mart ayında baş vermiş hadisələrə həsr olunan mitinq keçirib
# 01 mart 2012 20:24 (UTC +04:00)
Bakı-APA. Ermənistan müxalifəti 2008-ci ilin martın birində, prezident seçkilərindən sonra Yerevanda baş vermiş hadisələrə həsr olunan mitinq keçirib.

APA-nın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, 2008-ci ilin martın birində Ermənistan xüsusi təyinatlıların etiraz aksiyası iştirakçılarına açdığı atəş nəticəsində 10 nəfər öldürülüb, 200–dən çox adam yaralanıb.
Bu gün keçirilən mitinqdə Ermənistan Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan çıxış edib. O bildirib ki, müxalifət Serj Sarkisyan hakimiyyətinə qarşı mübarizə aparmağa davam edəcək. EMK may ayında keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.

Levon Ter-Petrosyan deyib ki, 4 il keçməsinə baxmayaraq dinc insanların qətlə yetirən şəxslər cəzalandırılmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR