Bakıda daha bir nəfərin boğazını kəsməklə cinayət törədilib

Bakıda daha bir nəfərin boğazını kəsməklə cinayət törədilib
# 17 iyul 2012 09:48 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda sakinin boğazını kəsiblər. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hadisə iyulun 16-da Nəsimi rayonu Bülbül prospektində qeydə alınıb. Samir İbrahimov boğaz nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Hadisəni törədən Xəyyam Qurbanov Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutularaq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə təhvil verilib.

Qeyd edək ki, iyulun 15-də Ramana qəsəbəsində qəsəbə sakini Fərayi Rafael Cəbrayıl oğlu bıçaqla tanışı Əliağa Camal oğlu Cəbrayılovun boğazını kəsib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Ə. Cəbrayılov orada dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR