Moskvada Azərbaycan vətəndaşı öz həmvətənlisi tərəfindən qətlə yetirilib

Moskvada Azərbaycan vətəndaşı öz həmvətənlisi tərəfindən qətlə yetirilib
# 18 fevral 2012 22:15 (UTC +04:00)
Bakı-APA. Moskvanın şimalındakı kafedə Azərbaycan vətəndaşı öz həmvətənlisi tərəfindən qətlə yetirilib.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, Rusiya hüquq-mühafizə orqanlardan bildiriblər ki, öldürülən şəxs kafedə nahar edərkən ona yaxınlaşan şəxslər söhbət etmək üçün çölə çıxmağı xahiş ediblər. Bunun ardınca atəş açılıb. Cavan oğlan odlu silahdan ürəyindən aldığı yaradan yerindəcə dünyasını dəyişib. Bu insan iki gün bundan qabaq qardaşına bazarda alver etməyə köməklik göstərməsi üçün Moskvaya gəlib. O bundan qabaq Rusiyanın Dimitrov rayonunda fəhlə işləyib. Faktla bağlı cinayət işi açılıb.
Atəş açan şəxsin kimliyi müəyyənləşib. O da Azərbaycan vətəndaşıdır. Onun həbs olunması istiqamətində tədbirlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR