Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə növbəti imtahanın nəticələri açıqlanıb

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə növbəti imtahanın nəticələri açıqlanıb
# 07 iyul 2012 13:45 (UTC +04:00)
APA-nın TQDK-nın saytına istinadən verdiyi məlumata görə, iyulun 7-da Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirilib.

İmtahanın nəticələrinin iyulun 7-də saat 15:20-dən etibarən TQDK-nın internet saytında yerləşdirilməsinə başlanılıb. İmtahan nəticələri barədə məlumatı “Azercell”, “Bakcell” və “Nar Mobile” nömrələrindən abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

İmtahanda iştirak etmiş abituriyentlərdən 1603 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıb.

“Azərbaycan dili” imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2012/2013-ci tədris ili üçün Azərbaycan ali məktəblərinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR