Peruda girov saxlanılan 36 nəfər azad edilib

Peruda  girov saxlanılan 36 nəfər azad edilib
# 15 aprel 2012 01:20 (UTC +04:00)
Bakı-APA. Peruda “Şəfəqli yol” adlı radikal maoist qruplaşması tərəfindən girov saxlanılan 36 nəfər azad edilib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, silahlıların təqib olunmasına hərbi hissələr cəld olunub. Qruplaşma geri çəkilərkən girovları azad edib.
Girovların hamısı qaz emalı sahəsində işləyirdilər. Onların azad olunması müqabilində qruplaşma Peru hökumətindən 10 mln dollar tələb edirdi. Lakin Lima silahlılarla kompromisə getməkdən imtina etdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR