Koreya səfiri Li Dji Xa: “Azərbaycan prezidentinin Seul nüvə təhlükəsizliyi sammitində iştirakı beynəlxalq arenada bu ölkəyə böyük qiymət verilməsinin sübutudur”

Koreya səfiri Li Dji Xa: “Azərbaycan prezidentinin Seul nüvə təhlükəsizliyi sammitində iştirakı beynəlxalq arenada bu ölkəyə böyük qiymət verilməsinin sübutudur”
# 13 fevral 2012 08:16 (UTC +04:00)
Lakin prezident İlham Əliyev yanvarın 13-də Azərbaycanda səfərdə olan Koreya Milli Assambleyasının spikeri Pak Xi Te ilə görüşündə bu sammitdə iştirak etmək niyyətini ifadə edib”. Bu fikirləri APA-ya müsahibəsində Koreya Respublikasının Azərbaycandakı səfiri Li Dji Xa deyib.

Səfir bildirib ki, nüvə təhlükəsizliyi sammiti 21-ci əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə törədən nüvə terror terrorçuluğunun qarşısını almağa həsr olunmuş yüksək səviyyəli forumdur: “Cənubi Qafqazın əsas dövlətinin – Azərbaycanın prezidentinin bu sammitdə iştirakı bu dövlətə beynəlxalq arenada böyük qiymət verilməsinə sübutdur. Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən nüvə terroruna qarşı reaksiya, nüvə materiallarının və nüvə qurğularının mühafizəsi, nüvə materiallarının qanunsuz dövriyyəsinin qarşısını almaq, nüvə terrorçuluğuna qarşı mübarizə, həmçinin Fukusima atom-elektrik stansiyasında baş verən insident fonunda nüvə təhlükəsizliyi problemi müzakirə olunacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR