Bolqarıstanın iqtisadiyyat və energetika nazirinin sabiq müavininin Azərbaycana səfir təyin olunacağı gözlənilir

Bolqarıstanın iqtisadiyyat və energetika nazirinin sabiq müavininin Azərbaycana səfir təyin olunacağı gözlənilir
# 28 mart 2012 13:32 (UTC +04:00)
APA-nın Bolqarıstan Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, bu ölkənin Azərbaycandakı səfiri postuna ölkənin keçmiş iqtisadiyyat və energetika nazirinin müavini Maya Xristovanın namizədliyi irəli sürülüb. Qeyd edək ki, Maya Xristova həmçinin Bolqarıstan Energetika Holdinqinin Direktorlar Şurasının sədri olub.

Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinovu ölkəmizdə diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR