Əli Kərimli: “AŞPA məruzəçilərin dəyişdirilməsi üçün ciddi kampaniya aparmalıyıq”

Əli Kərimli: “AŞPA məruzəçilərin dəyişdirilməsi üçün ciddi kampaniya aparmalıyıq”
# 10 iyul 2012 12:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Biz indiyə qədər siyasi baxışlarına görə həbsdə olan şəxslərin azadlığa buraxılması məsələsinə biganə yanaşdığına görə Avropa Şurasına etiraz bildirməliyik. Çünki Avropa Şurasının həmin məruzəçiləri hələ də öz postunda qalır. Biz o məruzəçilərin dəyişdirilməsi üçün ciddi kampaniya aparmalıyıq”.

APA-nın məlumatına görə, bu fikirləri İctimai Palatanın siyasi məhbus problemi ilə əlaqədar keçirdiyi tədbirdə AXCP sədri Əli Kərimli deyib.

O bildirib ki, İP Avropa Şurası ilə bağlı mövqeyində heç bir dəyişiklik etməyib: “Onların fəaliyyəti ilə bağlı ayrıca, xüsusi müraciət qəbul etmişik. Artıq Avropa Şurasının Azərbaycan üzrə məruzəçilərinə etimadsızlığımızı nümayiş etdirmişik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR