Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
# 05 iyul 2012 09:20 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23, gündüz 26-31 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 6-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnozlara əsasən iyulun 6-dan 8-dək Abşeron yarımadasında atmosfer təzyiqinin enərək normadan xeyli aşağı olması və güclü küləyin əsməsi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, yay mövsümündə davamlı xəzri küləyinin yaratdığı sərinlik müsbət amildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR