Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti iclası keçirilib

Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti iclası keçirilib
# 06 noyabr 2012 12:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM)
növbəti iclası keçirilib.

DQMM-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AMİP qərargahında keçirilən yığıncaqda qurumun noyabrın 7-nə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısına təyin olunan piket və noyabrın 10-da keçirilməsi qərara alınan mitinqlə bağlı paytaxt rəhbərliyinin cavab məktubu, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi, sabiq deputat Gülər Əhmədova və keçmiş Azərbaycan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin məlum video qalmaqalı ilə bağlı məsələ müzakirə olunub.

İclasda BŞİH-nın binası qarşısında noyabr 15-də piketin keçirilməsi üçün yenidən paytaxt rəhbərliyinə müraciət olunması qərara alınıb. Adıçəkilən qanunlara ediləcək dəyişikliklərlə bağlı isə dəyirmi masanın keçirilməsi nəzərdə tutulub. Həmçinin, DQMM-nın Nümayəndələr Palatasının yaradılması haqqında da qərar qəbul olunub.

İclasda Gülər Əhmədova və Elşad Abdullayevin məlum video qalmaqalı ilə bağlı bəyanat da qəbul edilib.

DQMM-nın növbəti iclasının noyabrın 13-də ADP qərargahında keçirilməsi haqqında da razılıq əldə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR