Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komissiya sədrinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komissiya sədrinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayacaq
# 11 aprel 2012 08:05 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının rüşvətxorluqda təqsirləndirilən sədri Vahid Gülmalıyevin apellyasiya şikayəti əsasında məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın xəbərinə görə, prosesdə məhkəmə baxışının vaxtı müəyyən edilib. Proses aprelin 16-na təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı xəbərə görə, 2-ci qrup əlil Talıb Fərəcovun təkrar müayinədən keçərək əlillik dərəcəsinin təyin olunması üçün ondan rüşvət tələb edilməsi barədə 2011-ci il oktyabrın 3-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə etdiyi müraciət üzrə tədbirlər həyata keçirilib və V. Gülmalıyev ifşa olunaraq məsuliyyətə cəlb edilib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Vahid Gülmalıyev təkrar komissiyadan keçmək üçün müraciət edən Talıb Fərəcovdan 2-ci qrup əlillik dərəcəsinin təyin olunmasından ötrü 500 manat məbləğində rüşvət istəyib, T. Fərəcov bir gün sonra 400 manat düzəldə biləcəyini bildirdikdən sonra bu barədə onunla razılaşıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 2011-ci il oktyabrın 5-də Vahid Gülmalıyev 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyi binada Talıb Fərəcovdan 400 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Gülmalıyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR