Türkiyədə PKK terrorçularının hücumu nəticəsində bir Azərbaycan vətəndaşı yaralanıb - YENİLƏNİB

Türkiyədə PKK terrorçularının hücumu nəticəsində bir Azərbaycan vətəndaşı yaralanıb - <font color=red>YENİLƏNİB</font>
# 11 sentyabr 2012 07:50 (UTC +04:00)
APA-nın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 10-da yerli vaxtla saat 19.20-də baş verib.

Təxminən 30 nəfərdən ibarət terrorçu qrup İğdırın Qaraqoyunlu və Aralıq qəsəbələri arasında - Daşburun kəndindən keçən yolu kəsib. Terrorçular bir yük avtomobilini (TIR) saxlayaraq ona od vurublar. Onlar yoldan keçən digər avtomobilləri də saxlamaq istəsələr də, avtomobillər sürətlə hadisə yerindən uzaqlaşmağa çalışıb. Bu zaman terrorçular həmin avtomobillərə avtomat silahdan atəş açıblar. Nəticədə bir avtomobildə olan 3 nəfər – Türkiyə vətəndaşları Əli Adəm, Erol Birsən və Azərbaycan vətəndaşı Ayxan Süleymanov yaralanıb. Ə. Adəmin vəziyyətinin ağır olduğu bildirilir, E. Birsən və A. Süleymanov isə yüngül yaralar alıblar. Yaralılar İğdır Dövlət Xəstəxanasında müalicə olunur.

Terror hücumundan xəbər tutan jandarmalar dərhal hadisə yerinə gəlib. Terrorçular Ağrı vilayəti istiqamətinə qaçıblar. Jandarma əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında bildirib ki, ilkin məlumatlara görə, İğdırda PKK terrorçularının hücumu nəticəsində yaralanan Süleymanov soyadlı şəxs Azərbaycan vətəndaşıdır və Sədərək rayon sakinidir: “Onun soyadı məlumdur, adı isə dəqiqləşdirilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR