Bakıda Diplomatik Akademiyalar və Beynəlxalq Münasibətlər İnstitutlarının rektor və dekanlarının 40-cı ümumdünya toplantısı keçirilir - FOTOSESSİYA
27 sentyabr 2012 07:11 (UTC +04:00)
APA-nın xəbərinə görə, sentyabrın 30-dək davam edəcək forumda 60 ölkənin 90-dan artıq rektor və dekanları diplomatik təlim, qlobal siyasi məsələlər və onların müasir təhsilə təsirini müzakirə edəcəklər.
Forumun açılışında ADA-nın rektoru Hafiz Paşayev və forumun həmsədri olan ABŞ-ın Corctaun Universitetinin Diplomatiya Araşdırmaları İnstitutunun direktoru Paula Nyunberq çıxış ediblər.
H.Paşayev çıxışında qonaqları salamlayaraq, ADA-nın yeni kompleksi barədə məlumat verib. Onun sözlərinə görə, bu kompleksdə təhsilin yeni stili tətbiq olunur: “Regionda ilk dəfə olaraq kompleksin tikintisində alternativ enerji mənbələri quraşdırılıb. Azərbaycan neft və qazla zəngin ölkə olsa da, biz alternativ energetikanı da inkişaf etdirmək niyyətindəyik. Çünki bu, gələcəyə bir töhfədir. Yeni kompleksdə xüsusi energetika və ətraf mühitlə bağlı yeni mərkəz açılıb”. H.Paşayev ADA-nın dünyanın başqa diplomatik akademiyaları ilə alternativ enerji sahəsində aktiv əməkdaşlıq etdiyini vurğulayıb.
Qeyd edək ki, forum 1972-ci ildə təsis olunub. Forumda Vyana Diplomatik Akademiyası və Corctaun Universiteti həmsədrlik edirlər. Ötən il forum Boston (ABŞ) şəhərində keçirilib. Növbəti forumun isə Belqrad (Serbiya) şəhərində keçirilməsi planlaşdırılır. ADA bu forumda 2007-ci ildən iştirak edir. Toplantı “Kiçik ölkələrin diplomatiyası”, “Qlobal siyasi dəyişikliklər”, “Regional təşkilatların inkişafı”, “Ekoloji məsələlər” mövzularında panellər üzrə davam edəcək. Forum çərçivəsində qonaqlar Şəki və Qəbələyə də səfər edəcəklər. Forumun yekununda ADA ilə Peru, Qətər, Cənubi Koreya, Mərakeş, Macarıstan və Serbiya Diplomatik Akademiyaları arasında əməkdaşlıq sazişləri imzalanacaq.

Xarici siyasət
Azərbaycanla Qambiya arasında diplomatik passport sahibləri üçün viza rejimi ləğv edilib
23:10
4 may 2024
Ceyhun Bayramov İƏT-in Qida Təhlükəsizliyi üzrə baş direktoru ilə görüşüb
22:46
4 may 2024
Azərbaycan və Pakistan arasında ikitərəfli münasibətlər müzakirə olunub - FOTO
22:21
4 may 2024
İƏT-in XVI İslam Sammiti Azərbaycanda keçiriləcək
22:03
4 may 2024