Türkiyə Sahil Mühafizə Qüvvələrinin komandanı Azərbaycana gəlib

Türkiyə Sahil Mühafizə Qüvvələrinin komandanı Azərbaycana gəlib
# 19 iyun 2012 10:43 (UTC +04:00)
APA-nın məlumatına görə, səfər çərçivəsində S. Dülger Azərbaycanın müxtəlif qurumlarında görüşlər keçirəcək, həmçinin Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin bazasında olacaq.

Görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Bu, vitse-admiral S. Dülgerin Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.

Səfər iyunun 21-dək davam edəcək.

Qeyd edək ki, Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu iyunun 5-8-də, Jandarma Baş Komandanı, ordu generalı Bəkir Kalyoncu isə iyunun 10-13-də Azərbaycanda səfərdə olub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR