Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib
21 aprel 2012 09:06 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Asif Əli Zərdariyə başsağlığı məktubu göndərib. APA-nın məlumatına görə, məktubda deyilir: “İslamabad şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”
Qeyd edək ki, aprelin 20-də Kəraçidən İslamabada uçan, “Bhoja Airline” şirkətinə məxsus “Boeing-737” sərnişin təyyarəsi İslamabad yaxınlığına qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 127 nəfərin hamısı həlak olub.

Xarici siyasət
Ceyhun Bayramov Gürcüstana səfər edəcək
14:19
26 iyun 2024
Türkiyə MN Azərbaycan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib
11:35
26 iyun 2024
Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb
10:34
26 iyun 2024
ABŞ və Rusiya müdafiə nazirlərinin telefon danışığı olub
23:23
25 iyun 2024