Ucar rayonuna qazın verilməsi dayandırılıb

Ucar rayonuna qazın verilməsi dayandırılıb
# 24 avqust 2012 11:09 (UTC +04:00)
Ucar. Zahid Abışov – APA. Ucar rayonuna təbii qazın verilişində problem yaranıb. APA-nın yerli bürosunun məlumatına görə, rayon sakinləri bildiriblər ki, bu gün səhər saatlarından xəbərdarlıq edilmədən qazın verilişi dayandırılıb.

Ucar Qaz İstismar Sahəsinin baş mühəndisi Vüqar Zamanovun APA-ya verdiyi məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından Ucar rayonunun qazla təmin olunan bütün yaşayış məntəqələrinə təbii qazın verilməsi dayandırılıb. Təmir işləri başa çatdıqdan sonra, bu gün saat 18:00-dan etibarən abonentlərin qazla təminatı bərpa olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR