Dövlət departamenti: «ABŞ İran probleminin heç bir həll ssenarisini istisna etmir»

Dövlət departamenti: «ABŞ İran probleminin heç bir həll ssenarisini istisna etmir»
# 14 fevral 2012 02:49 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Maykl Hammer Birləşmiş Ştatların İranın nüvə təhlükəsinə cavab olaraq heç bir variantı istisna etmədiklərini bəyan edib.

«Biz İranın götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsi üçün hər şeyi edirik. Biz Tehrana qarşı sərt sanksiyalar tətbiq etmişik və İran rəhbərliyinin diplomatik həllin daha düzgün olması qənaətinə gəlməsinə ümid edirik. Heç bir cavab variantını istisna etməsək də, problemin sülh yolu ilə nizamlanacağına ümidvarıq», deyə Hammer bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR