Şahbaz Xuduoğlu: “İran hökumətinin razılığı əsasında həbsdəki Azərbaycan şairlərinin məhkəməsində iştirak etmək istəyirdik”

Şahbaz Xuduoğlu: “İran hökumətinin razılığı əsasında həbsdəki Azərbaycan şairlərinin məhkəməsində iştirak etmək istəyirdik”
# 08 avqust 2012 13:45 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. “İranın Azərbaycandakı səfirliyi Təbrizdə həbsdə saxlanılan Azərbaycan şairlərinin məhkəməsində iştirak etmək barədə müraciətimizə hələ də cavab verməyib”. Bunu APA-ya açıqlamasında İranda həbsdə olan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Şahbaz Xuduoğlu bildirib: “Biz səfirliyə müraciət etmişdik və istəyirdik ki, İran hökumətinin razılığı əsasında şairlərimizin məhkəməsində iştirak edək. Lakin müraciətə bu günə kimi cavab verməyiblər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR