Misirin “əl-Şuruk” qəzetində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş məqalə dərc edilib - FOTO

Misirin “əl-Şuruk” qəzetində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş məqalə dərc edilib - <font color=red>FOTO</font>
# 17 aprel 2012 16:36 (UTC +04:00)
Bakı - APA. Misirin ən nüfuzlu və çox oxunan qəzetlərindən biri olan ərəbdilli “əl-Şuruk” qəzetində jurnalist Əhməd Əbdu Tərabiyin 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Tarix özünü təkrar edir və ya tiranlar tarixi hadisələri təkrar edirlər” adlı məqaləsi dərc edilib. Bu barədə APA-ya Azərbaycanın Misirdəki səfirliyindən məlumat verilib.

1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş qırğınların Azərbaycan xalqının tarixində baş vermiş ilk və sonuncu faciə olmadığını yazan müəllif 1990-cı ilin 20 yanvarında Sovet qoşunlarının Bakıya müdaxiləsi və 26 fevral 1992-ci il Xocalı soyqırımının timsalında tarixin özünü təkrarladığını qeyd edib. O, ermənilərin Birinci Dünya müharibəsinin sonlarında baş vermiş hadisələr və Rusiyadakı bolşevik inqilabından yararlanaraq, 1918-ci ilin 31 mart axşamı Bakıda azərbaycanlılara qarşı kütləvi soyqırıma başladıqlarını və bir gecə ərzində Bakıda 3000 azərbaycanlını öldürdüklərini, evləri, məktəbləri, İslam abidələrini və ibadət ocaqlarını yandırdıqları və şəhəri viran qoyduqları barəsində oxuculara geniş məlumat verərək, sonradan bu faciənin Azərbaycanın digər şəhərlərinə də yayıldığını və aprelin əvvəlinə qədər 50 mindən artıq azərbaycanlının qətlə yetirildiyini yazıb.

Öz tarixi torpaqlarında sülh şəraitində yaşamaq istəyən Azərbaycan xalqına qarşı 1918-ci ilin martında ermənilərin qəddarlığına görə misli görünməyən soyqırım törətdiklərini yazan müəllif 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri “soyqırım” adlandırmağa çalışan ermənilərin özlərində iradə və cəsarət tapıb 1905-1907, 1918-ci il mart və 1992-ci il Xocalı faciəsinə görə cavab verməli olduqlarını vurğulamışdır.

Müəllif Azərbaycan xalqının 1918-ci ilin martında baş vermiş bu soyqırıma da sinə gərdiyini və 1918-ci ilin mayında Yaxın Şərqin ilk parlamentli demokratik respublikasını qurduğunu yazaraq, Sovet işğalına görə Azərbaycan Demokratik Respublikasının ömrünün qısa olduğunu və Azərbaycan xalqının öz müstəqilliyinə 1991-ci ildə SSRİ-in dağılmasından sonra yenidən qovuşduğunu qeyd etmişdir.

BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qətnamələrinin tələblərinə baxmayaraq, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətini və ətraf rayonları işğal altında saxladığını yazan müəllif bu siyasətin Ermənistanın region xalqları ilə sülh şəraitində yaşamaq niyyətində olmadığına və öz xalqını müharibəyə və nifrətə sürüklədiyinə dəlalət etdiyini oxucuların nəzərinə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR