Belarusun Azərbaycanda səfirliyinin inzibati binasının tikintisi üçün Xətai rayonu ərazisində yarım hektar torpaq sahəsi ayrılıb

Belarusun Azərbaycanda səfirliyinin inzibati binasının tikintisi üçün Xətai rayonu ərazisində yarım hektar torpaq sahəsi ayrılıb
# 09 fevral 2012 14:30 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycanla Belarus arasında diplomatik nümayəndəliklərin tikintisi üçün qarşılıqlı şəkildə ərazilərin ayrılması barədə saziş layihəsinin ratifikasiya olunması bu gün Belarus Nümayəndələr Palatasının beynəlxalq münasibətlər və MDB ilə əlaqələr daimi komissiyasının iclasında müzakirə olunub. Sazişə əsasən diplomatik nümayəndəliyin tikintisi üçün Belarusa Bakının mərkəzi rayonlarından birində (Xətai rayonu, Rəfiyev küçəsi, 1210-cu kvartal) yarım hektar ərazi ayrılacaq. Belarus isə öz növbəsində Azərbaycana Minskdə iki torpaq sahəsi icarəyə verəcək. Bu torpaq sahələri Azərbaycan səfirliyinin binası və səfir üçün iqamətgahın tikilməsi üçün istifadə olunacaq. Sazişə əsasən, bu torpaq sahələri illik icarə haqqı simvolik olaraq 1 dollar müəyyənləşməklə 99 illik icarəyə verilir. Qeyd edək ki, bununla bağlı hökumətlərarası saziş iyulun 8-də Belarus nümayəndə heyətinin Azərbaycana səfəri zamanı imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR