Türkiyə səfirliyinin Mətbuat Şurası ilə birgə keçirdiyi fərdi yazı müsabiqəsinin nəticələri açıqlanıb

Türkiyə səfirliyinin Mətbuat Şurası ilə birgə keçirdiyi fərdi yazı müsabiqəsinin nəticələri açıqlanıb
# 10 iyul 2012 12:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin Azərbaycandakı səfirliyi Mətbuat Şurası ilə jurnalistlər arasında keçirdiyi «Azərbaycan-Türkiyə: Qardaşlıqdan doğan ortaqlıq» adlı fərdi yazı müsabiqəsinin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, səfirliyin Mədəniyyət Müşavirliyi tərəfindən təşkil olunmuş tədbirdə qeyd edilib ki, müsabiqəyə 29 yazı təqdim olunub. Bu yazılardan 9-u ən yüksək bal toplayıb.

Daha sonra müsabiqənin qalibləri elan olunub. Qalib jurnalistlərin bir həftə müddətində Türkiyənin İzmir şəhərində səfəri təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR