«Azər-Türk Bank» son bir ildə mənfəətini 35% artırıb

«Azər-Türk Bank» son bir ildə mənfəətini 35% artırıb
# 07 noyabr 2012 12:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Türk Bank» ASC-nin 2012-ci ilin yanvar-sentyabr aylarında əldə etdiyi mənfəətin həcmi 1,091 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 35% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 13,3% artaraq 6,648 mln. manat, o cümlədən faiz gəlirləri 13% artaraq 5,314 mln. manat , qeyri-faiz gəlirləri 16% artaraq 1,334 mln. manat olub.

Bu müddət ərzində bankın xərcləri 8,8% artaraq 5,557 mln. manat, o cümlədən faiz xərcləri 20% artaraq 1,838 mln. manat, qeyri-faiz xərcləri isə 5,4% artaraq 3,708 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 8,8% artaraq 3,476 mln. manata, qeyri-faiz zərəri isə sabit qalaraq 2,373 mln. manata çatıb.

Xatırladaq ki, «Azər-Türk Bank» ASC 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Hazırda bankın ölkə üzrə 4 filialı, 7 bankomatı və 52 POS-terminalı fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə bankın 27 511 müştərisi, 2 831 aktiv plastik kartı və 130 işçisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR