«AXA MBASK» şirkəti icbari avtomobil sığortası üzrə növbəti iri ödənişini edib

«AXA MBASK» şirkəti icbari avtomobil sığortası üzrə növbəti iri ödənişini edib
# 14 fevral 2012 08:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «AXA MBASK» sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair növbəti iri ödənişini edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verdiyi məlumata görə, sözügedən sığorta növünə aid ödəniş bu ilin yanvarın 26-da Bakı şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, «AXA MBASK» tərəfindən 4 940 manat məbləğində sığorta ödənişi zədələnmiş «Mersedes Benz 230» markalı avtomobilin sahibinə təqdim olunub.

Şirkətdən həmçinin bildirib ki, cari ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı artıq 10 min manata yaxın sığorta haqqı ödənilib.

Qeyd edək ki, icbari sığorta növləri şirkətin 6 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 30-dan artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Növləri Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərti ilə on-line rejimində buraxılır.

Xatırladaq ki, 2010-cu ilin oktyabr ayında «MBASK» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə bir yerli fiziki şəxsə məxsusdur.

«AXA MBASK» sığorta şirkəti 1992-ci ildən «MBASK» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR