Bakıda «Solmaz» Şadlıq Sarayı və «Maybach» mağazasının əmlakı siyahıya alınıb

Bakıda «Solmaz» Şadlıq Sarayı və «Maybach» mağazasının əmlakı siyahıya alınıb
# 01 noyabr 2012 12:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti Vergi borclarının alınması İdarəsinin əməkdaşları Yasamal rayonu, H.Zərdabi prospekti, ev 55, mənzil 99 ünvanında yerləşən, fiziki şəxs Müşfiq Muxtar oğlu Əhmədova məxsus, avtomobil hissələrinin satışı ilə məşğul olan «Maybach» mağazasında əmlakı siyahıya alıblar.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, M.Əhmədovun fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən yoxlanılarkən, onun 2011-ci ilin oktyabr ayında 4 136 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Vergi ödəyicisinə iyul ayında borc bildirişi göndərilib, sentyabrın 5-də isə vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi M.Əhmədova məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Vergi əməkdaşları onun icarəyə götürdüyü «Maybach» mağazasındakı 4 375 manat məbləğində müxtəlif növ maşın hissələrini qanuna müvafiq qaydada siyahıya alıblar.

Həmin gün vergi xidməti əməkdaşları Nərimanov rayonu, Atatürk prospekti, ev 41, mənzil 47 ünvanında yerləşən, fiziki şəxs Şəfiqə Əliheydər qızı Məmmədovaya məxsus «Solmaz» Şadlıq Sarayının da əmlakı siyahıya alıblar. Ş.Məmmədovanın fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 2010-cu ilin may ayından sonrakı dövrdə 12 785 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilərək, oktyabrın 16-da borclu şəxsə məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb, şadlıq sarayının 25 min manat dəyərində olan binası siyahıya alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR