Eldar İbrahimov YAP-ın Kommunist Partiyası ilə müqayisə olunmasını düzgün saymır

Eldar İbrahimov YAP-ın Kommunist Partiyası ilə müqayisə olunmasını düzgün saymır
# 30 oktyabr 2012 08:55 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Yeni Azərbaycan Partiyasının keçmiş Kommunist Partiyası ilə müqayisə olunması heç bir halda düzgün deyil”. APA-nın xəbərinə görə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Eldar İbrahimov deyib.

O, YAP-ın Kommunist Partiyasının aqibətini yaşayacağı ilə bağlı müxalifət mətbuatında yazılan fikirlərin əsassız olduğunu bildirib: “Bu, qətiyyən belə deyil. Mən o fikirlə qəti razı deyiləm ki, Yeni Azərbaycan Partiyasının üzvlərini keçmiş Kommunist Partiyasının üzvlərinə oxşadırlar.
YAP üzvlərinin arasında bir-iki faiz ola bilər ki, başqa məqsədlər naminə bu partiyaya üz tutmuş olsun. Onlar nəyinsə xatirinə ola bilər ortalığa çıxsınlar, sabah da partiyadan imtina etsinlər, hansısa halda mənfi münasibətlərini bildirsinlər.

Amma bu gün YAP-da elə bir səmimi, mehriban şərait var ki, prezidentimizin rəhbərliyi ilə partiyanın İcra Katibliyi, Siyasi Şurası, İdarə heyəti, rayon təşkilatları bir yumruq kimidir. Mən yerlərdə çox oluram, qabaqlar partiyadan narazı olan adamlar görürdüm, ancaq bu gün bu adamları görmürəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR