Azərbaycanda itkin düşən 19 yaşlı qızın Qarabağ kanalına düşdüyü məlum olub
05 mart 2012 14:07 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə martın 3-də 1993-cü il təvəllüdlü Gülmirə Rafiq qızı Zülfəliyeva Ağcabədi rayonu, Sarıcalı kəndi ərazisindən keçən Qarabağ kanalına düşməsi barədə məlumat daxil olub. Nazirliyin dalğıc-xilasediciləri qeyd olunan şəxsin axtarışlarına cəlb olunub.
Qeyd edək ki, APA bu gün Azərbaycanın Ağcabədi rayonunun Sarıcalı kəndində 19 yaşlı qız itkin düşməsi barədə məlumat yayıb. Martın 3-də səhər saat 7 radələrində evdən çıxan və geri dönməyən Zülfəliyeva Gülmirə Rafiq qızının qohumları APA-nın Qarabağ bürosuna bildiriblər ki, o, əqli cəhətdən tam normal olub. Valideynləri əvvəlcə qızın qoşulub qaçdığını düşünsələr də, bu ehtimal özünü doğrultmayıb. G. Zülfəliyevanın əmisi Novruz Zülfəliyevin sözlərinə görə, sonradan məlum olub ki, 19 yaşlı gənc kənd ərazisindən keçən magistral yolla hərəkət edən Gəncə-Lənkəran mikroavtobusuna minib.

Hadisə
Lənkəranda "Kamaz" təkər dəyişmək istəyən sürücünün üstünə aşıb
18:57
25 may 2024
“Abzas Media”nın əməkdaşı Nərgiz Absalamovanın həbs müddəti uzadılıb
16:08
25 may 2024
FHN: Tovuzda su anbarında batan şəxsin axtarışları hava şəraitinə baxmayaraq, davam edir - VİDEO
15:16
25 may 2024
Samuxda 5 otaqlı evdə yanğın baş verib
14:35
25 may 2024